Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Samir Əliyev: “Bu, manatın ucuzlaşmasının son həddi deyil”

Samir Əliyev: “Bu, manatın ucuzlaşmasının son həddi deyil”

İqtisadçı Samir Əliyev Azərbaycandakı kəskin inflyasiyaya münasibət bildirib. AzToday.az-ın məlumatına görə, iqtisadçı qeyd edib ki, hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpik, valyutadəyimə məntəqələrində isə daha bahadır.

Samir Əliyevin sözlərinə görə, bu, gözlənilən idi: “Ona görə gözlənilən idi ki, açıqlamalarımızda bunun baş verəcəyini, sadəcə zaman məsələsi olduğunu qeyd etmişdik. Hökumət üzən məzənnəyə keçid barədə danışanda artıq devalvasiyanın olacağına heç şübhə yeri qalmamışdı. Bir sözlə, müzakirə zaman və forma barədə gedə bilərdi. Açıqlamalarda qeyd etmişdik ki, hökumət valyuta ehtiyatları qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi.

FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi.
Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da.
Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı indi kəskin devalvasiyaya ehtiyac qalmazdı”.

İqtisadçı hesab edir ki, üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq: “Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək. Manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”.

İqtisadçı əlavə edib ki, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar: “Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq. Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …

Bir cavab yazın