Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Şamil Sabiroğlu: “Hədəfimiz ABŞ-ın bütün ştatlarında Xocalı faciəsini tanıtmaqdır”

Şamil Sabiroğlu: “Hədəfimiz ABŞ-ın bütün ştatlarında Xocalı faciəsini tanıtmaqdır”

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq Xocalı qətliamı ilə bağlı Montana sakinlərinə çağırış edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalı günü” olaraq tanımağa və yad etməyə cağırıb. Sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənib.
Qeyd edək ki, bu bəyanat Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.
Bəyanatda S.Bulok bildirir: “Biz, montanalılar, bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.
Xocalı soyqırımının tanıdılması ilə bağlı belə bir nəticəni qənaətbəxş hesab etmək olarmı?
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu açıqlamasında bildirdi ki, ABŞ-ın Xocalı ilə bağlı nümayiş etdirdiyi mövqeni biz tam şəkildə dəstəkləyirik:

“Bir həftə bundan əvvəl təşkilatımızın 4 üzvü ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdü. Cənab Robert Sekuta bizi çox gözəl qəbul etdi. Biz ABŞ ştatlarının Xocalı soyqırımına göstərdiyi diqqətə və həmin faciəni tanımalarına görə təşkilatımız adından səfirə minnətdarlığımızı çatdırdıq. Eyni zamanda bildirdik ki, bir neçə nəfərlə 11 sentyabr faciəsinin 15 illiyi ilə bağlı ABŞ-a səfər etmək istəyirik. Bu niyyətimiz də müsbət qarşılandı. Biz həmin səfər proqramına Xocalı soyqırımını tanıyan ABŞ ştatlarında olmağı planlaşdırırıq. Onların rəhbərliyinin hər birinə hədiyyələr, Dağlıq Qarabağ problemini əks etdirən vəsaitlər təqdim etməyi düşünürük. Eyni zamanda həmin ştatların orta məktəbləri ilə qaçqın rayonların məktəbləri arasında koordinasiya qurmağa çalışacağıq. Hesab edirəm ki, digər ölkələr də bu sahədə ABŞ-dan örnək götürməlidir. Hədəfimiz ABŞ-ın bütün ştatlarında Xocalı faciəsini tanıtmaqdır. Allahın köməyi ilə gələn il bu say daha çox olacaq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın