Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Şamaxıda seçki pozuntusu – kənd icra nümayəndələri Elxan Süleymanovun bukletlərini paylayırlar

Şamaxıda seçki pozuntusu – kənd icra nümayəndələri Elxan Süleymanovun bukletlərini paylayırlar

85 saylı Şamaxı seçki dairəsində namizədlər arasında sağlam rəqabətin aparılmasına imkan vermirlər.

Bu barədə məlumatı Avropa.info-ya Şamaxı rayon sakinləri verib. Bildirilir ki, Şamaxıda rayon icra hakimiyyəti millət vəkili Elxan Süleymanovun təbliğatına böyük dəstək verir. Qeyd edək ki, Elxan Süleymanov hazırda namizəd kimi seçkiyə qatılıb və həmin dairədən son seçilən deputatdır. Bizə verilən məlumatda həmçinin bildirilir ki, iki gündür Elxan Süleymanovun seçki platformasını özündə əks etdirən bukletlər Şamaxının bütün kəndlərində icra nümayəndələri tərəfindən paylanılır: “Sakinlərə gizli yollarla Elxan Süleymanova səs verməyə dair tapşırıqlar verilir”.

Qeyd edək ki, Şamaxıda 63 məntəqə, 41117 seçici var . 10 məntəqə rayonun özündə, 53 məntəqə isə kəndlərindədir.

Avropa.info

el1 el2 el3

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın