Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / İsmayıl Ağayev Salyanın Qarabağlı kəndində seçicilərlə görüşüb – FOTOSESSİYA – VİDEO

İsmayıl Ağayev Salyanın Qarabağlı kəndində seçicilərlə görüşüb – FOTOSESSİYA – VİDEO

Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Ağayev İsmayıl Bəşir oğlunun Salyanın Qarabağlı kəndində seçicilərlə görüşü keçirilib.

Seçki Qərargahının mətbuat xidmətindən  apa-ya verilən məlumata görə, görüşdən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Görüşü giriş sözü ilə açan şair Ədiloğlu namizəd İsmayıl Ağayev haqqında seçicilərə qısa məlumat verib. Daha sonra Hacı Seyid Natiq çıxış edərək İsmayıl Ağayevin seçki kompaniyası xeyir-dua verməklə el ağsaqqallarını deputatlığa namizəd İsmayıl Ağayevə səs verməyə çağırıb. Görüşdə iştirak edən deputatlığa namizədin vəkilləri şair, AYB-nin üzvü Ənvər Əhməd, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, pedaqoq Gülayə Tağıyeva, iş adamı Azər Ağayev, Qarabağ qazisi Səfər Qurbanov çıxış edərək deputatlığa namizədin platforması haqqında, onun keçdiyi həyat yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər. sh1

Seçicilər adından isə kənd sakini İsgəndər Cəfərov çıxış edərək, deputatlığa namizəd İsmayıl Ağayevə uğur arzulayaraq 1 noyabr Parlament seçkilərində Qarabağlı camaatının fəal olaraq seçkiyə gələcəyini və doğru seçim edəcəklərini bildirib. Görüşdə namizəd İsmayıl Ağayev çıxış edərək, seçiləcəyi halda həyata keçirəcəyi proqramlarla bağlı seçicilərə məlumat verib.

İsmayıl Ağayev çıxışında bildirib ki, Salyanın ən böyük sərvəti onun insanlarıdır. Kəndin sosial problemlərinin həllinə, Qarabağlı və ətraf kəndlərin yol infrastrukturunun, kənd təsərrüfatının inkişaf etdirilməsi və investisiyaların qoyulması üçün çalışacağına, hər bir seçicinin parlamentdəki səsi olacağına söz verib. Görüşdə 500 nəfərdən çox Qarabağlı kənd sakini iştirak edib.

İsmayıl Ağayevin seçicilərlə görüşü digər kəndlərdə də davam edəcək.

 sh2
sh3sh4

 

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın