Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv olunur? – Açıqlama

Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv olunur? – Açıqlama

Hüquq müdafiəçiləri siyasi məhbus hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edib.

Bu barədə modern.az -a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə gərə, siyahı artıq komissiyaya göndərilib:

“Həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri bu siyahıya daxildir. Əfv Məsələləri Komissiyasına göndərdiyimiz siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakupost.az -a açıqlamasında vurğulayıb ki, bu, ölkə başçısı tərəfindən müəyyən edilən bir məsələdir:

“Ayrı-ayrı şəxslər, eyni zamanda əfv komissiyasının üzvləri bunu müəyyən edə bilməz. Bu, Prezidentin verəcəyi qərardır. Eyni zamanda, siyahıya kimlərin əlavə olunması barədə də Əfv Komissiyası tərəfindən hansısa məlumat açıqlana bilməz. Çünki bunlar şəxsi məlumatlardır”.

Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Aprelin 26-da Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …