Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / “Salam verəndən sonra gördüm əlim yanıb“ – Kinoşünas

“Salam verəndən sonra gördüm əlim yanıb“ – Kinoşünas

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə “Açıq söhbət” verilişinə qonaq olub.

O, müəllim-şagird münasibətləri haqda bu fikirləri qeyd edib:

“Mən universitetdə dərs deyəndə orada qızlar da var, oğlanlar da. Müşahidə aparırdım. İlahi, belə olmayıb axı?! Qızlar özünü müəllimin yanında elə aparır ki…

Düzdür, mən imkan vermirdim bunlara. Amma xoşum gəlmirdi. Mən utanıb, xəcalət çəkirdim…

Biz elə olmamışıq axı. Bir dəfə yadımdan çıxmaz, universitetdə siqaret çəkirdim, bir də gördüm professor gəlir. Onu görən kimi dimdik əsgər kimi dayandım, siqareti də əlimin içində necə sıxdımsa…

Salam verib yanımdan gedəndən sonra baxdım ki, əlim yanıb. Yəni biz müəllimi o vaxtı belə görürdük. Amma indi sən çıxmaq üçün qapını açırsan, səndən qabaq girir içəri. Deməli, tərbiyə məsələsi var”.

Həmçinin oxuyun

Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev noyabrın 29–dan dekabrın …