Cümə , İyul 19 2019
Ana səhifə / Cəmiyyət / “ŞAKİR MÜSAYEVİN İŞÇİSİ EVİMİZƏ HÜCUM EDİR” – FAİZ QALMAQALI

“ŞAKİR MÜSAYEVİN İŞÇİSİ EVİMİZƏ HÜCUM EDİR” – FAİZ QALMAQALI

Azinforum.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun icraatında olan mülkü işlə bağlı  proses  oktyabrın 09 saat 17-00-a təyin edilib. Qeyd edək ki,  həmin proses üzrə iddiaçı qismində Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin işçisi  Səmədova Ceyran Adilxan qızı çıxış edir. O, orta məktəbdə müəllimə işləyən xalası qızı – Məmmədova Kamilə adlı şəxsə qarşı borc  pul iddiası qaldırıb.  Cavabdeh tərəf isə bildirir ki, o, Ceyran və onun tibb bacısı işləyən Xanım adlı bacısından faizə pul götürərək iş yoldaşı Abbasova  Rəfiqə Nadir qızına  verib.  Sözügedən xanım Azinforum.az-a açıqlamasında həmin bacılardan faizə pul götürdüyünü təsdiqləyib və bildirib ki,  həmin pul artıqlaması ilə bacılara qaytarılıb.

 

hakim

 

Azinforum.az bildirir ki, Məhkəmə baxışı zamanı müəyyən olunub ki, iddiaçı tərəf pulu heç bir rəsmi sənədləşmə aparılmadan verib.

Azinforum.az-a verilən məlumata görə Pərviz Abdullayevin sədrliyi ilə oktyabrın 06-da keçirilən prosesdə tərəflər arasında ciddi qarşıdurma yaşanıb. Cavadeh Məmmədova Kamilənin nümayəndəsi kimi prosesə qatılan həyat yoldaşı ilə Ceyran Səmədova arasında yaşanan söz “atışması” hakim tərəfindən sakitləşdirilib.

Məmmədova Kamilənin Azinforum.az-a verdiyi məlumata görə, prosesdən sonra, Ceyran və onun anası Kamilə xanımın valideynlərinin Biləcəridəki evinə gedərək, cığır- bağır salıblar:

“Onlar mənim valideynlərimi narahat edir. Məhz belə təzyiqlərdən sonra mənim atam ağır infarkt keçirdi. Yenə əl çəkmirlər. Əgər onlar bütün qohumluq əlaqələrini nəzərə almayıb məni şərləmək yolunu tuturlarsa, nə üzlə bizim evimizə gəlirlər? Anam onların qorxusundan gəlib bizim evə sığınıb. Eyni zamanda, faizə pul verən bacılardan birinin – Xanımın əslən naxçıvanlı olan həyat yoldaşı mənim həyat yoldaşıma zəng edərək onunla görüşməyi tələb edir. Biz  bu sələmçilərin əlindən bezmişik. Bütün vasitələrlə ailəmizə təzyiq etməyə çalışırlar. Ceyran işlədiyi yerə güvənərək, hər dəqiqə Şakir Musayevin adından istifadə edir. Hətta Məhkəmə prosesində hakimə “kolleqa” deyə müraciət edir. Biz əminik ki, Şakir müəllimin işçisinin bu sayaq əməllərindən xəbəri yoxdur.  Artıq bu bacıların bizə qarşı etdikləri əməllərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişik”.

Cinarə SEYİDOVA

Azinforum.az

 

 

 

 

 

Həmçinin oxuyun

Ədliyyə polkovniki Azərbaycandan necə qaçıb? – Açıqlama

Məhkəmə qarşısına çıxarılan ədliyyə polkovnik-leytenantı, keçmiş vəkil Vüqar Poladovun gizli əməlləri üzə çıxıb.   Criminal.az saytının yazdığına …

Bir cavab yazın