Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Sahibkarlar  daha çox vergi orqanları və gömrükdən narazıdırlar

Sahibkarlar  daha çox vergi orqanları və gömrükdən narazıdırlar

Aqşin Əliyev: “Biz də orta səviyyəli iş adamları üçün normal biznes mühitinin yaradılmasını istəyirik”

“Bir çox qurumların yersiz yoxlamalarına məruz qalırıq”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iyulun 13-də keçirilən müşavirəsində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı mühüm mesajlar verildi. Dövlət başçısı çıxışında ölkənin bundan sonrakı xarici siyasət prioritetlərini elan etdi, eyni zamanda daxildə hökumətin strateji fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.
Hökumətin toplantısı Azərbaycanın da içində olduğu mühüm beynəlxalq hadisələrin qızğın dövrünə təsadüf etdiyinə görə onu qətiyyən cari tədbirlərdən biri saymaq olmaz. Prezidentin qaldırdığı məsələlərin, həllini tələb etdiyi problemlərin sırasına diqqət yetirdikdə aydın görünür ki, dövlət başçısı olduqca həssas dönəmdə Azərbaycanı özünə problemlər yarada biləcək proseslərdən sığortalamağı hədəfləyib.
Prezidentin çıxışında daxili siyasətlə bağlı əsas tezislərdən biri sahibkarların işinə olan yersiz müdaxilələri əhatə etdi:

“Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.
Maraqlıdır, Prezidentin etdiyi bu sərt çıxışın fonunda bu gün sahibkarlar hansı problemləri yaşayır ki, məsələyə ölkə başçısı səviyyəsində reaksiya verilir?
Sahibkar Aqşin Əliyev  açıqlamasında bildirdi ki, Prezidentin etdiyi çıxış onların ürəyincə olub: “Ölkədə hər bir istiqamətdə normal və təhlükəsiz biznes mühiti formalaşıb, ancaq bunun fonunda bəzi neqativliklər də var. İnkar etmək olmaz. Hətta vəziyyət o həddə gəlib çatır ki, iş adamları öz fəaliyyətini dayandıraraq, gedib sərmayəni başqa ölkəyə qoyur. Biz bilirik ki, sahibkarları incitmək dövlət siyasəti deyil. Ola da bilməz. Çünki dövlətin siyasətini müəyyən edən Prezidentin mövqeyini gördük. Deməli, bütün özbaşınalıqları edənlər öz mənfəətini güdən, dövlətin etimadını yerə vuran məmurlardır. Əsasən vergi qurumlarının fəaliyyətindən narazıyıq. Gömrükdə ciddi problemlər var. Bir də ki, bir çox qurumların yersiz yoxlamalarına məruz qalırıq. Hesab edirəm ki, bütün bunlar düzəlsə, Azərbaycan iqtisadiyyatı daha da inkişaf edər. İstənilən ölkənin inkişafı orta biznesin çiçəklənməsindən keçir. Biz də orta səviyyəli iş adamları üçün normal biznes mühitinin yaradılmasını istəyirik”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın