Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / Sahib Ələkbərov kimdir? – DOSYE

Sahib Ələkbərov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib.

Sahib Nurəddin oğlu Ələkbərov 10 yanvar 1952-ci ildə Samux rayonunda anadan olub. Bu gün 70 yaşı tamam olur.

O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis oşləyib. 1975-ci ildən komsomol və partiya orqanlarında çalışıb. 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilib.

2020-ci ilin aprelindən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

Həmçinin oxuyun

Yeni icra başçısı kollektivə təqdim olundu

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Onu Prezident Administrasiyasının Ərazi-təşkilat …