Çərşənbə , İyul 15 2020
Ana səhifə / Cəmiyyət / Şagirdlərin elektron yerdəyişməsinə görə sorğuların qəbuluna oktyabrın 21-dən başlanacaq

Şagirdlərin elektron yerdəyişməsinə görə sorğuların qəbuluna oktyabrın 21-dən başlanacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən davam etdiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Həmçinin oxuyun

Şəhid mayorun qızı ilə son “WhatsApp” yazışması (FOTO)

Xəbər verdiyimiz kimi, iyulun 13-dən 14-ə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz …