Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında böyük uğur qazanıblar – FOTOLAR

Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında böyük uğur qazanıblar – FOTOLAR

19-24 iyun tarixlərində Yunanıstanın Rodos adasında keçirilən Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) 3 gümüş və 3 bürünc medal qazanan şagirdlərimiz növbəti uğura imza atıblar:

1. 6 şagird medal qazanaraq, 100 faizlik nəticə əldə edib.
2. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticəni qazanıblar.
3. Riyaziyyat fənni üzrə ilk dəfə qız şagirdimiz medal qazanıb.

1. Abutalıb Namazov ( FRİTL) – GÜMÜŞ medal;
2. Fərid İsmayılov (FRİTL) – GÜMÜŞ medal;
3. Murad Ağayev (İstək l) -GÜMÜŞ medal;

1. Fidan Babayeva (FRİTL) – BÜRÜNC medal;
2. Rəşad Musayev ( FRİTL) -BÜRÜNC medal;
3. Yusif Qasımov ( 220 n.t.o.m) – BÜRÜNC medal.

Tanınmış təhsil ekspertlərindən biri bu faktı musavat.com-a şərh edərkən bildirib ki, bu nəticələr olimpiada medalına bərabərdir və Azərbaycan təhsilinin böyük uğurudur.

Musavat.com

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …