Çərşənbə , İyul 17 2019
Ana səhifə / Cəmiyyət / Sadıq Sadıqovun “Neftçi”yə qarşı muzdlu azarkeş dəstəsi var?

Sadıq Sadıqovun “Neftçi”yə qarşı muzdlu azarkeş dəstəsi var?

Azərbaycan çempionatının 7-ci turunda keçirilən “Zirə” – “Neftçi” görüşündə (2:0) “ağ-qaralar”ın bir neçə azarkeşi klubun vitse-prezidenti Elnur Məmmədovu istefaya səsləyirdi.

Qarşılaşmadan sonra həmin azarkeşlər Zirə qəsəbəsinin çıxışında yolu kəsərək, “Neftçi”nin avtobusuna daxil olublar. Bu barədə məlumatı “Futbol+” qəzeti yaymışdı.

Məşqçiləri və futbolçuları ittiham edən azarkeşlər, onların ünvanına ağır ifadələr də işlədiblər. Hadisə yerinə “Neftçi”nin direktoru Vəli Qasımovla icraçı direktorun müavini Mübariz Xudiyev də gəlib.

Komanda.az hadisəylə bağlı məlumat əldə edib. Adının çəkilməsini istəməyən “Neftçi” azarkeşlərindən birinin saytımıza verdiyi məlumata görə, istefa qışqıran, avtobusun qarşısını kəsən azarkeşlər “Neftçi”nin oyunlarına xüsusi tapşırıqla göndərilirlər.

Həmin azarkeşlərin “Neftçi”nin keçmiş prezidenti Sadıq Sadıqov tərəfindən maliyyələşdirildiyi deyilir.

“Xüsusi təyinatlı” azarkeşlər “Neftçi”nin bütün oyunlarında stadionda olurlar. Komanda zəif oynayanda “xüsusi təyinatlılar” fəaliyyətə başlayır və rəhbərliyə qarşı etiraz şüarları səsləndirirlər. Azarkeşlərin verdiyi məlumata görə, “xüsusi təyinatlılar”ı “Neftçi”də Sadıq Sadıqovun müşaviri kimi fəaliyyət göstərmiş Elnur Əşrəfoğlu koordinsiya edir.

Belə “üsul-idarə”dən vaxtilə AFFA-nın prezidenti Rövnəq Abdullayev də yararlanıb. Abdullayev “Neftçi”də prezident vəzifəsində olarkən “xüsusi təyinatlı” azarkeşləri millinin oyunlarına ezam etdirirdi. Onlar da istefa qışqırır, AFFA-nın ovaxtkı prezidenti, mərhum Ramiz Mirzəyevə qarşı şüarlar səsləndirirdilər. Belə görünür ki, indi bu üsuldan Abdullayevin kadrları da yararlanır.

Məsələylə bağlı qarşı tərəfin mövqeyini əks etdirməyə hazırıq.

 

Həmçinin oxuyun

“Qır-qızıla pul vermədik, gəlinliyi Sumqayıtdan seçdik” – Fotolar+ Video

“Atam fəhlədir. Onunla işini dəyişməklə bağlı nə qədər mübahisə etsək də, fikrindən dönmür. Deyir ki, …

Bir cavab yazın