Ana səhifə / Cəmiyyət / Sabunçunun icra başçısının “Şəhrizad”ı…

Sabunçunun icra başçısının “Şəhrizad”ı…

Tanınmış hüquqşünas Aslan İsmayılov Sabunçunun icra başçısı Adil Vəliyev haqqında daha bir məlumatı ictimailəşdirib:
“Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin İcra Hakimiyyəti ilə əvvəllər işlətdiyi mağazaların (Porsche, Audi, Volkswagen) fərqini bilməməsi onunla ilk söhbətdən bəlli oldu. Onun fəaliyyətini bir az araşdırdıqda gördüklərim məni, həyatda çox əməllər görmüş birisini belə təəccübləndirdi.
Sabunçu rayonu Bakıxanov qəsəbəsənin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub. A.Vəliyev İcra Başçısı təyin olunan kimi həmin parkı, guya Heydər Əliyev fondunun tapşırığı əsasında, abadlaşdırmaq adı ilə hasarladır. Orada gedən “tikinti-abadlıq” işlərinə isə hasarın tikilməsini qadağan edən, 300 manatlıq maaşla 200 minlik Mersedes sürən, mənə “xox” gələn, əvvəlki yazımda haqqında bəhs etdiyim, bağçanın açılışında da iştirak edən Rafael adlı şəxs rəhbərlik edir. Ərazidə yaşayan sakinlər səbirsizliklə Parkın açılışını gözləyirlər. Parkın açılışını şəxsən A.Vəliyev edir və sakinlərin səbirsizliklə gözlədikləri Park A.Vəliyevin növbəti obyekti olan “Şəhrizad” uşaq bağçasına çevrilir. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir, çünki bağçada bir uşaqın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 AZN-dir. Bu faktı dəqiqləşdirmək üçün özüm 050 220 11 12 mobil telefona zəng etdim. Bu gün də bu bağçanın idarəçiliyi həmin Rafael adlı şəxsin nəzarətindədir. Əlavə etdiyim bütün fotolar Sabunçu İcra Hakimiyyətinin rəsmi saytından götürülüb. Heydər Əliyev Fondunun adından şəxsi gəlirləri üçün istifadə edib özünə biznes imperiyası quran A.Vəliyev haqqındakı araşdırmalarımızı davam edəcəyik. Bir rayonun icra başçısı nümunəsində vəzifəli şəxslərin özbaşnalıqlarını, sadə vətəndaşlara zülm etmələrini, onlara qul kimi baxmalarını ictimaiyyətin diqqətinə çatdıraq!
P.S. Vətəndaşlardan, xüsusilə Sabunçu rayon sakinlərindən bu işdə bizə yardımçı olmalarını xahiş edirəm.
 Moderator.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın