Ana səhifə / Cəmiyyət / Sabunçunun icra başçısı iş yerini dəyişmək üçün Rövnəq Abdullayevdən xahiş edib

Sabunçunun icra başçısı iş yerini dəyişmək üçün Rövnəq Abdullayevdən xahiş edib

Bakının Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu inzibati əraziyə daxil olan kənd və qəsəbələrin sosial problemlərinin yaratdığı səs-küydən qaçmaq üçün başqa rayona təyinat almaq niyyətindədir.

Bu barədə Modern.az saytına etibarlı mənbələrdən məlumat verilib.

Təəccüblənməyə isə dəyməz. Çünki Adil Vəliyev vəzifədən çıxarılmasını istəmir, sadəcə olaraq özünə daha sakit iş yeri axtarır.

Məsələ burasındadır ki, 2012-ci ilin aprelindən Sabunçuda icra başçısı işləyən A.Vəliyev bu rayona daxil olan Bakı kəndlərinin əhalisi ilə dəfələrlə kəlllə-kəlləyə gəlməyə məcbur olub.

Müxtəlif sosial problemləri olan Maştağa, Nardaran, Bilgəh, Zabrat və digər kənd və qəsəbələrin sakinləri Adil Vəliyevi tez-tez narahat eməklə yuxarılara da çoxsaylı şikayət ünvanlayırlar.

İndi A.Vəliyevin Nizami rayonunun icra başçısı vəzifəsinə can atdığı bildirilir. Yəni, rahat və sosial problemlərin nisbətən az olduğu, elitar rayon Adil Vəliyev üçün daha cəlbedici və komfortlu ola bilər.

Sabunçunun icra başçısının bu istəyini reallaşdırmaq üçün siyasi elitadakı yaxın çevrəsi ilə təmas qurduğu da bildirilir.

Belə ki, Adil Vəliyev Nizami rayonuna icra başçısı təyin olunmaq üçün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə xahiş də edib.

Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışan Tahir Budaqov həmin postdan azad edilib və Dövlət Statistika Komitəsinə sədr aparılıb.

Hazırda Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın