Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət /  Sabitliyin davamlı olması təhlükəsizliyimizin qarantıdır

 Sabitliyin davamlı olması təhlükəsizliyimizin qarantıdır

Bakı şəhər Baş Polis İdarəsi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşlardan daxil olan məlumatlara çevik reaksiya verərək Nardaran qəsəbəsinin sakini Əliəsgər Cabbarovun evində silah-sursat aşkar etmişlər.
Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən bu günə qədər əhalidə odlu silahların olması faktları həmişə öz təsdiqini tapmışdır. Qeyd olunanlar polisin cəmiyyətlə sıx təmasda olmasının əyani sübutudur. Hər dəfə olduğu kimi, bu dəfə də, DİN əhaliyə müraciət edərək odlu silah və sursatları könüllü polis orqanlarına təhvil verənlərin cinayət məsuliyyətindən azad olacaqları ilə bağlı xəbərdarlıq etsə də, qanunsuz silah saxlayıb, daşıyanların hamısının bu çağırışa məhəl qoymaması acı təəssüf doğurur.

Ölkənin paytaxtı Bakı şəhərində beynəlxalq tədbirlərin keçiriləcəyi bir ərəfədə “kiçik bir qığılcım” beynəlxalq nüfuzumuza ciddi ziyan vura bilər. Qanunsuz odlu silahların və hərbi sursatların vətəndaşlarda saxlanılması əmniyyətimizə və ictimai qaydalara qarşı təhlükə mənbəyidir. Ona görə də, hər bir Azərbaycan vətəndaşı yüksək patriotizm və Vətənə sədaqət nümayiş etdirməli, hüquqa zidd hər cürə məlumatlar barədə ərazi üzrə polis orqanlarına və ya, 102 qaynar xəttinə müraciət etməlidirlər.
Bu, hər birimizin təhlükəsiz yaşamasının və Azərbaycanda sabitliyin davamlı olmasının qarantıdır.

Şəmsəddin Əliyev

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın