Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Cəmiyyət / Sabir Abdullayev işdən çıxarıldı: “Qanun mənə qarşı çıxdı…”

Sabir Abdullayev işdən çıxarıldı: “Qanun mənə qarşı çıxdı…”

Xanəndə Sabir Abdullayevin müəllimlik fəaliyyətinə son verilib. 
Qaynarinfo xəbər verir ki, sənətçi təqaüdə göndərilib.
“Qanun hamı üçün ali olmalıdır. Mən də işlədiyim zamanda qanuna hörmətlə yanaşdım, ona hörmət etdim. Deyəsən, qanun da bəzi insanlar kimi etibarsız olurmuş. Nəticədə qanun mənə qarşı çıxdı, pedaqoji fəaliyyətimdən uzaqlaşdırdı”, deyə xanəndə bildirib.
Qeyd edək ki, Sabir Abdullayev uzun illər Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində, uşaq musiqi məktəblərində muğamları tədris edib. O, son olaraq Bakıdakı 11 saylı musiqi məktəbində çalışırdı. Bu ilin 15 aprelində sənətçinin 66 yaşı tamam olub.

Həmçinin oxuyun

90 yaşlı erməni qadın: “Allah bizim millətin üstünə od töksün” – VİDEO

Azərbaycan Ordusunun hərbçilərinin xəstə erməni qadına kömək etdiyini əks etdirən görüntülər yayılıb.Belə ki, videoda hərbçilərimiz …