Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / SABİQ VƏ HAZIRKI MƏMURLAR İMİŞLİDƏ BİR- BİRİNƏ AĞIR XƏSARƏT YETİRİB – TOYDA DAVA

SABİQ VƏ HAZIRKI MƏMURLAR İMİŞLİDƏ BİR- BİRİNƏ AĞIR XƏSARƏT YETİRİB – TOYDA DAVA

Azinforum.az xəbər verir ki, İmişli rayon maliyyə idarəsinin sabiq rəisi Rəhim Rəhimov maliyyə idarəsinin hazrkı  baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona ağır bədən xəsarəti yetirib. Əldə etdiyimiz  məlumata görə,  hadisə ilə  bağlı rayon polis şöbəsində cinayət işi açılıb.

Etdiyi xüluqanlıq hərəkətlərinə baxmayaraq,  sabiq rəis hər kəsə bildirir ki, onunla bağlı heç bir problem yoxdur. Hətta Rəhim Rəhimov maliyyə nazirliyində müxtəlif adamları gördüyünü  və bunun da nəticəsində yaxın zamanlarda yenidən öz işinin başına qayıdacağı ilə bağlı anons da verir. Maraqlısı budur ki, sözügedən şəxs barəsində dələduzluq və xuliqanlıq maddəsi ilə cinayət  işinin  açılmasına rəğmən, Rəhimov  hələ də vəzifəyə qayıdacağı arzusu ilə yaşayır. Bütün yaşananlardan bu nəticəni çıxarmaq olar ki, icra başçısı Vilyam Hacıyev tabeçiliyində olan məmurlara nəzarəti tam itirib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq

Şəlalə 

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın