Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Cəmiyyət / Sabiq “Nida”çı Elsəvər Mürsəlli yenidən həbs edilə bilər – Məhkəmə olacaq

Sabiq “Nida”çı Elsəvər Mürsəlli yenidən həbs edilə bilər – Məhkəmə olacaq

Azinforum.az xəbər verir ki, bir müddət əvvəl şair Əziz Musa ilə qalmaqal yaşayan müğənni Mətanət Əsədovanın adı yenidən gündəmə gəlib.  Bu dəfə müğəninin adı Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan sabiq “Nida”çı Elsəvər Mürsəlli ilə qalmaqalda hallanır. Sabiq “Nida”çı Azinforum.az-a açıqlamasında bildirib ki, Mətanət Əsədova nəyin bahasına olursa-olsun onu həbs etdirmək istəyir:

“Hər kəs bilir ki, bir neçə müddətdir müğənni Mətanət Əsədovanın iddiası əsasında  məhkəməyə cəlb edilmişəm. Səbəb Əziz Musa ilə qalmaqalında bildirdiyim fikirləri Mətanət xanım ünvanına səslənən təhqir kimi qəbul edərək məni Məhkəməyə verməsidir. Sonuncu məhkəməmiz 24 iyulda olub. Sonra isə hakim istirahətə çıxdığı səbəbindən prosesi qeyri-müəyyən vaxta kimi təxirə saldı. Bir neçə aydır ki , Məhkəmədən xəbər yox idi. Oktyabrın 8-də  evə polislər gəlib, məni Nəsimi rayon Məhkəməsi və Mətanət Əsədovanın axtarişa verdiyni bildirdilər. Guya mən məhkəmənin çağırışından yayınaraq qaçib gizlənirəm. Özü də harada gizlənmişəm ? Rəsmən qeydiyyatda olduğum evdə. Nəsimi rayon Məhkəməsi iddia edir ki, onlar mənə bildiriş ünvanlayıblar. Bu təsdiqini taparsa, Xaçmaz rayon poçtunu Məhkəməyə verəcəm.  Çünki mənə heç bir bildiriş təqdim olunmayıb. 13 oktyabr saat 16:00 da isə ,  Məhkəmədə mütləq iştrak edəcəm”.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Prezident yeni Baş nazir təyinatından danışdı

“Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli …

Bir cavab yazın