Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Sabiq nazirin qardaşı həbs olundu

Sabiq nazirin qardaşı həbs olundu

Naxçıvanda muxtar respublika Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərov vergi ödənişindən boyun qaçırma ittihamı üzrə həbs edilib.

Azinforum.az Turan-a istinadən bildirir ki, Ə.Ələsgərov barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

Əli Ələsgərov sahibkardır. Onun biznesi qardaşı muxtar respublika MTN-inə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Belə ki, onun Ordubadda broyler fabriki, Şərurda balıqyetişdirmə müəssisəsi və ictimai-iaşə obyektləri olub.

Qardaş Ələsgərovlar vətəndaş cəmiyyətinin yerli fəallarına və jurnalistlərə sərt münasibətləri ilə məşhur idilər.

İyunun 24-də Naxçıvanın Hərbi Məhkəməsi Vəli Ələsgərovu bir sıra ağır cinayətlərdə – mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz qulaq asmada günahkar bilərək barəsində 14 il həbs qərarı çıxarıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın