Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / SABİQ NAZİRƏ QARŞI RƏSMİ İTTİHAM İRƏLİ SÜRÜLÜB
????????????????????????????????????

SABİQ NAZİRƏ QARŞI RƏSMİ İTTİHAM İRƏLİ SÜRÜLÜB

Vəli Ələsgərovun kimsə ilə əlaqə saxlamasına imkan verilməməsi təşviş yaradıb

Ceneral təmir-tikintidə pul yeyintisində günahlandırılır

Naxçıvanda həbsdə olan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun yaxınları onun fiziki məhvindən ehtiyatlanır. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirir ki, onları narahat edən əsas məqam keçmiş nazirin işgəncə nəticəsində dünyasını dəyişib, sonra da bunun intihar kimi təqdim olunma ehtimalıdır.
Vəli Ələsgərovun həbs olunandan bəri ailə üzvlərilə görüşməsinə, hətta əlaqə saxlamasına imkan verilməməsi, vəkillə təmin olunmaması onları təşvişə salıb.
Vəli Ələsgərovun məktəb yaşlı övladlarının da nəzarət altında saxlanıldığını, çantalarının yoxlanldığını deyən mənbə sabiq nazirə qarşı ittihamın mahiyyəti barədə də məlumat verib. General Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin binasının təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsində ittiham olunur.
Vəli Ələsgərovun həbsinin gerçək səbəblərilə bağlı müxtəlif versiyalar səslənir. Versiyalardan biri budur ki, keçmiş nazir Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və ona yaxın şəxslərin telefon danışıqlarını izləməkdə şübhəli bilinir. Digər bir versiya isə onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrə görə cəzalandırılmasıdır. Maraqlıdır ki, Mahmudov və Ələsgərovun hər ikisinin vəzifədə olduğu dövrlərdə zaman-zaman mediada onların arasında qarşıdurma olduğu barədə məlumatlar yayılırdı.
Xatırladaq ki, ötən il dekabrın 18-də nazir vəzifəsindən uzaqlaşdırılan Vəli Ələsgərov martın 7-də həbs olunub. Hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanılan keçmiş nazirə qarşı CM-nin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Vəli Ələsgərovun yerinə qudası Fazil Ələkbərovu təyin etmişdi.

Həmçinin oxuyun

Polad Bülbüloğlu atasının Şuşadakı evində – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib. …

Bir cavab yazın