Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / Sabiq məmur-deputat yeni biznesə başlayır? – Təfərrüat

Sabiq məmur-deputat yeni biznesə başlayır? – Təfərrüat

Günel Akif qızı Orucova və Ləman Ayaz qızı Orucova tərəfindən Xaçmaz şəhərində qonaq evləri və uşaq əyləncə mərkəzindən ibarət kompleks tikiləcək.
Kompleksə 2 qonaq evi daxildir.
Qonaq evlərindən birinin ümumi sahəsi 1917,1 kv. metr olacaq. Qonaq evi 3 mərtəbədən, həmçinin zirzəmi və mansardan ibarətdir.
2-ci qonaq evinin ümumi sahəsi isə 1422,93 kv. metr olmaqla zirzəmi və mansardan əlavə 2 mərtəbə formasında tikiləcək.
Uşaq əyləncə mərkəzinin ümumi sahəsi 677,24 kv. metr olacaq və 1 mərtəbədən, həmçinin zirzəmidən ibarət olacaq.
Məlumat üçün bildirək ki, tikintinin sahibləri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçmiş direktoru, həmçinin 2010-15-ci illərdə millət vəkili olan Ayaz Orucov və onun qardaşı Akif Orucovun qızlarıdır.
Qeyd edək ki, Orucovların eyni zamanda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevlə yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Açıqlanan rəsmi məlumatda da Ayaz və Akif Orucov qardaşlarının qeydiyyatda olduğu ünvanda – Yasamal rayonu, M.Müşviq küç. 501-ci məh., ev 8V-də Etibar Pirverdiyevin bacısı Ulduz Pirverdiyevanın da qeydiyyatda olduğu görülür.
Ayaz və Akif Orucov qardaşlarının və onların övladlarının adı bugünə kimi çoxsaylı biznes layihələrində və qalmaqallı hadisələrdə çəkilib.
2017-ci ildə Türkiyə mətbuatı Ayaz Orucovun Türkiyədə “Algima İnşaat Gayrimenkul Sanayi Ticaret” adlı şirkət təsis etdiyini yazıb.
Ayaz Orucovun oğlu – 1989-cu il təvəllüdlü İsmayıl Orucovun adı 8 il əvvəl 2 qadının avtomobilinə atəş açması iddiası ilə gündəmə gəlib. 2014-cü ildə Aynurə Cəfərova adlı vətəndaş mətbuata açıqlama verərək iddia edib ki, Ayaz Orucov onun və rəfiqəsinin olduğu avtomobilə 8 dəfə atəş açıb.
Eyni zamanda 3 il əvvəl Beyləqan rayon sakini Əliyev Ruhid Məhəmməd oğlu ona məxsus torpaq sahəsinin 2014-cü ildə Orucov qardaşları tərəfindən zəbt etməsilə bağlı iddia səsləndirmişdi.

Həmçinin oxuyun

Zakir Qaralovun əmisi qızı özü haqqında yayılan xəbəri TƏSDİQLƏDİ

Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib. Xəstəxananın direktoru Mehriban Qaralova öz ərizəsi ilə …