Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı

Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı

Salyanın “kiçik padşahı” kimi təqdim olunan, 2011-2016-cı illərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimov özünə yeni futbol komandası yaradıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakının Nizami rayonunda Tahir Kərimova məxsus futbol komandası fəaliyyətə başlayıb. Komandanın nəzdində yeniyetmələrin futbola cəlb olunması üçün futbol məktəbi də açılıb.
Qeyd edək ki, Tahir Kərimov həm də iş adamı kimi tanınır. Azərbaycanın müxtəlif bölgələrində onun özünə və ailə üzvlərinə məxsus bir sıra şirkətlər var.

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …