Ana səhifə / Cəmiyyət / Sabiq deputatdan TƏBİB-ə çağırış: “Virusu “gəzən məzənnə”yə keçirin, insanlarımız taleyini yaşasın”

Sabiq deputatdan TƏBİB-ə çağırış: “Virusu “gəzən məzənnə”yə keçirin, insanlarımız taleyini yaşasın”

“Karantinlə bağlı tətbiq olunan qadağaların heç bir nəticə vermədiyi göz önündədir. Artıq neçə gündür ki, nə nəqliyyat-metro işləyir, nə iş var, nə toy və.s. Əhali də maskadan heç vaxt olmadığı qədər istifadə edir. Qaydalara əməl olunur. Amma buna baxmayaraq yoluxma rəqəmləri yenə də artmaqda davam edir».

Bunu sabiq deputat Etibar Hüseynov deyib.

E.Hüseynov TƏBİB-ə çağırış edib: “TƏBİB-ə üz tutaraq deyirəm: onsuz da səbr kasası dolmuş camaata lazımsız qadağalar tətbiq etmək fikrinə düşməyin. Necə ki, sonunda manatı “üzən məzənnə” rejiminə keçirib sərbəst buraxdılar, siz də virusu “gəzən məzənnəyə” keçirin, qoy insanlarımız öz taleyini yaşasın. Taliğat-təşviqat işini aparın ki, camaat gedib Vaksin vurdursun görək bu “qalxoz-qalxoz” oyununun axırı necə olacaq?..”   

Həmçinin oxuyun

Müxalifət funksioneri koronavirusdan vəfat etdi – FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Məhərrəm Həsənov koronavirusdan dünyasını dəyişib. M.Həsənov bir …