Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Sabiq deputat oğlunun Çexiyaya sığınması xəbəri yayıldı

Sabiq deputat oğlunun Çexiyaya sığınması xəbəri yayıldı

Azərbaycanın ən məşhur reperlərindən biri Anar Nağılbazın ölkəni tərk etdiyi, mühacirətə yollandığı iddia olunur.

Baku.ws xəbər verir ki, Çexiyaya yollanmış A.Nağılbaz bu ölkədə siyasi sığınacaq almaq istəyir.

Hazırda onun qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu bildirilir.

Bu mərkəzdə təxminən 130 miqrant 3 həftə ərzində kiçik otaqlarda yaşayır. Müddət başa çatandan sonra miqrantla bağlı ya gəldiyi ölkəyə deportasiya qərarı qəbul olunur, ya da ona rəsmən qaçqın statusu verilir və bu şəxs şəhərdəki yataqxanalardan birinə yerləşdirilir.

Virtualaz.org xatırladır ki, Anar Nağılbaz tanınmış jurnalist, sabiq millət vəkili Rizvan Cəbiyevin oğludur.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın