Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Sabiq deputat Nazim Məmmədov məsuliyyətə cəlb edilə bilər

Sabiq deputat Nazim Məmmədov məsuliyyətə cəlb edilə bilər

Baş Prokurorluq sabiq deputat Nazim Məmmədovun sosial şəbəkələrdə etdiyi çağırışlara reaksiya verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər prokurorluğuna tapşırıqlar verilib.

Qeyd edək ki, N. Məmmədov sosial şəbəkələrdə “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədova xəsarət yetirilməsi (qulağının kəsilməsi) ilə bağlı çağırış edib.

Bu barədə məlumat “haqqın.az” saytında yayılıb.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın