Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Sabiq deputat baş redaktorlara uduzdu – Məhkəmə

Sabiq deputat baş redaktorlara uduzdu – Məhkəmə

Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin fəaliyyəti artıq dayanmış “Yurd TV” ilə yanaşı, “Palitra”, “Kaspi” qəzetləri, teleqraf.com, sia.az saytlarının əməkdaşlarına qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü tələblərlə bağlı daha bir məhkəmədə proses yekunlaşıb.

Strateq.az xəbər verir ki, keçmiş deputatın Yasamal rayon Məhkəməsinin qərarından verdiyi şikayətə ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb:

«Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli adı çəkilən media orqanlarının baş redaktorları və əməkdaşları – Bəhruz Quliyev, Elvin Abdulqədirov, Namiq Əliyev, Söhrab İsmayılov, Aynur Camalqızı, Elman Vəliyev, Natiq Məmmədov və Rufik İsmayılovun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə təqsirli bilinərək cəzalandırılmaları barədə xüsusi ittiham qaydasında şikayət vermişdi. Səbəb isə keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin mətbuat konfransında haqqında səsləndirdiyi təhqiredici fikirlərin həmin mediada yayılması idi. Hakim Mirpaşa Hüseynov şikayət üzrə ayın 8-də qərar verib. O, Yasamal rayon Məhkəməsinin sabiq deputatın əleyhinə olan qərarını qüvvədə saxlayıb”.

Strateq.az xəbər verir ki, sabiq deputatın bu qərardan Ali Məhkəməyə şikayət edəcəyi gözlənilir.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın