Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Sabahdan bu iş yerləri açılır – SİYAHI

Sabahdan bu iş yerləri açılır – SİYAHI

Aprelin 27-si, saat 00:00-dan etibarən Azərbaycanda əksər iş və xidmət sahələrində fəaliyyət bərpa olunur. 

Azinforum.az Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 24-də açıqladığı siyahını təqdim edir:

1) “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Həmçinin oxuyun

General-mayor Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib. Trend-in …