Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “PREMİUM” MARKALI BENZİNİN QİYMƏTİNİN BAHALAŞMASI TƏSDİQLƏNDİ-YENİLƏNİB

“PREMİUM” MARKALI BENZİNİN QİYMƏTİNİN BAHALAŞMASI TƏSDİQLƏNDİ-YENİLƏNİB

Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun “AI-95 Premium” benzini bahalaşıb.

 

Azinforum.az xəbər verir ki, “AI-95 Premium” benzinin qiyməti 0,95 AZN-dən 1,05 AZN-ə qaldırılıb.

Qiymət artımı sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, “Premium Euro-95″ markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. “AI-98″ markalı benzin kimi, “AI-95 Premium” da Rumıniyadan idxal olunur.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib.

Qeyd edək ki, bu məlumatı ilk yayan Azinforum.az saytı olub. Bununla da saytımızın yaydığı xəbər öz rəsmi təsdiqni tapmış olub.

******

Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu gecə yanacaqdoldurma məntəqələrində satılan “Premium” markalı  benzin bahalaşacağı gözlənilir. Bizə verilən məlumatda bildirilir ki,  artıq bununla bağlı bütün yanacaqdoldurma məntəqələrinin rəhbərlərinə müvafiq  göstəriş verilib.  Qeyd edək ki, “Avro-4” standartlarına cavab verən bu benzin növü ölkəmizə Avropa ölkələrindən birindən idxal edilir.  Hazırda 1 litri 0,93 AZN-nə satılan benzini sabahdan etibarən hər litri 1,05 AZN-ə satılacağı deyilir.

Azinforum.az

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın