Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Şəxsən daxili işlər nazirinə və baş prokuroruna müraciət edirəm” – DEPUTAT

“Şəxsən daxili işlər nazirinə və baş prokuroruna müraciət edirəm” – DEPUTAT

“Şəxsən Azərbaycan Respublikasının daxili işlər nazirinə və baş prokuroruna müraciət edirəm. Bu videonu çəkənləri, narkomaniyanı təbliğ edən belə bir meyxananı səsləndirənləri və burada atılıb-düşən narkoman fahişələri məsuliyyətə cəlb etmək barədə təcili tədbir görsünlər. “

Bunu millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə gənclər tərəfindən paylaşılaraq yayılan narkomaniyanı təbliğ edən mahnılarla bağlı çağırışında qeyd edib.
Millət vəkilinin fikrincə, bu cür mahnıların yayılması narkomaniyanın açıq təbliğidir:
“Rəsmi müraciətim də olacaqdır, bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək.. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı…Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır.”
Sonda sözügedən videonu təqdim edirik:

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …