Ana səhifə / Cəmiyyət / Səudiyyə şeyxindən TƏKZİB: “Mən qadının yeyilməsi barədə fətva verməmişəm”

Səudiyyə şeyxindən TƏKZİB: “Mən qadının yeyilməsi barədə fətva verməmişəm”

Səudiyyə Ərəbistanın müftisi şeyx Abduləziz ben Abdulla Al aş-Şeyx  onun adı ilə yayılmış qalmaqallı fitvanı təkzib edib.

“Strateq.az” bildiir ki, “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında o, deyib ki, qadınları aclıq vaxtı yeməyə izn verilməsi barədə onun adından yayılan fitva yalandır.

“Belə yalanlar yayanlar İslamı gözdən salmağa cəhd edirlər. İslam dini cinsindən asılı olmayaraq hər bir insana hörmət olunmasını aşılayır. Bu deyilənlərin hamısı yalandır”-deyə mufti bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, müxtəlif KİV-lərdə, sosial şəbəkələrdə adıçəkilən ruhaninin “aclıq olduğu zaman əri qadını yeyə bilər” kimi fitva verdiyi iddia olunurdu. Bu informasiya böyük rezonans verib. Azərbaycanda da bununla bağlı ciddi müzakirələr açılıb və bu pislənilib.

X.SƏFƏRLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın