Şənbə , İyul 11 2020
Ana səhifə / Cəmiyyət / “Səsvermə çox yaxşı təşkil olunub” – AŞPA məruzəçisi

“Səsvermə çox yaxşı təşkil olunub” – AŞPA məruzəçisi

“Səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var”.
APA-nın məlumatına görə, bu sözləri referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

O bildirib ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir: “Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq”.
Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

Həmçinin oxuyun

“Elə bilirlər ki, cərimə virusdan qorunma duasıdır” – ETİRAZ

“Aprel ayından bəri Moskvada karantin rejiminin pozulmasına görə 54 min cərimə yazılıb. Moskva əhalisinə görə …

Bir cavab yazın