Ana səhifə / Cəmiyyət / ŞƏRURLU İSFƏNDİYAR JURNALİSTLƏRDƏN NARAZIDIR: “… AYIB OLSUN!”

ŞƏRURLU İSFƏNDİYAR JURNALİSTLƏRDƏN NARAZIDIR: “… AYIB OLSUN!”

Azinforum.az xəbər verir ki, son  günlər ərzində bəzi KİV-lərdə “Şərur MTK”-nın prezidenti

İsfəndiyar Axundovun həbs edilməsi barədə xəbərlər yayılıb. Məsələyə aydınlıq gətirmək üçün tanınmış iş adamının özü ilə əlaqə saxladıq. O, Azinforum.az-a açıqlamasında bildirdi ki,  həbsi ətrafında yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ötən il yay aylarında da belə məlumat yaydılar. Onda da məlum oldu ki, həmin xəbərlərin heç bir əsası yoxdur. Mən bu xəbəri yayan mənbə ilə əlaqə saxladım. İradımı bildirdikdə maraqlı cavab aldım. Dedilər ki, belə xəbərləri verməyəndə oxucu sayları  az olur. Təəssüf edirəm ki,  kimlərsə jurnalistikanı öz məqsədlərinə çatmaq üçün əllərində alətə çevirib.  Üzümü həmin adamlara tutub deyirəm- ayıb olsun! Məni heç kim həbs etməyib, işimin başındayam”

Xəqani QORXMAZ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın