Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Şərurlu İsfəndiyar” da həbs edilib?

“Şərurlu İsfəndiyar” da həbs edilib?

Kredit qalmaqalına görə daha bir oliqarx həbs olunub

Hüquq-mühafizə orqanlarındakı virtualaz.org saytına verilən məlumata görə, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

“Şərur” MTK şirkətinin sahibi olan biznesmen artıq 5 gündür ki, “Bandotdel”in təcridxanasında saxlanılır.

İlkin məlumata görə, həbsdəki digər biznesmenlər kimi  iş adamı da banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İ.Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir.

Musavat.com-un əməkdaşı İsfəndiyar Axundovun mobil telefonuna zəng edərək ondan yayılan xəbərə münasibət öyrənib. İş adamı bildirib ki, həbs edilməsi haqda məlumat doğru deyil: “Bəzi jurnalsitlər və saytlar barəmdə bu cür xəbərlər yazıb özlərini reklam edirlər. Məndən yazmaqla tirajlarını artırırlar. Halbu ki, mənə zəng vurub dəqiqləşdirmə apara bilərdilər. Necə ki, bu işi siz görürsüz – dəqiqləşdirib sonra yazırsınız. Hazırda bağdayam, istirahət edirəm, həbsim və yaxud istintaqa çağırılmağımla bağlı xəbərlər də yalandan başqa bir şey deyil.” 
“Siz iş adamı kimi Beynəlxalq Bankla əməkdaşlıq etmisinizmi, həmin bankdan kredit götürmüsünüzmü” sualına iş adamı belə cavab verib: “Nəinki Beynəlxalq Banka, ümumiyyətlə heç bir banka borcum yoxdur”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın