Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ŞƏRURLU “BƏY MAMED”İN NÖVBƏTİ İFLASI – BİNALARINI ALAN YOXDUR

ŞƏRURLU “BƏY MAMED”İN NÖVBƏTİ İFLASI – BİNALARINI ALAN YOXDUR

Vətəninfo.az xəbər verir ki, Bayıl qəsəbəsində əvvəllər çirkli neft sularının yığıldığı bataqlığın üzərinə torpaq töküb qurudulması ilə inşa edilən hündürmərtəbəli binalar söküləcək.

Məlumata görə, ölkəmizdə keçirilmiş 1-ci Olimpiya oyunları öncəsi bu binalar milyonlarla vəsait xərclənərək yüksək arxitektura qaydalarına uyğun şəkildə üzlənilib. Əslən Şərur rayonundan olan, “Bəy Mamed” kimi tanınan iş adamının tikdirdiyi həmin 5 mərtəbəli binaların, demək olar ki,özülü bataqlıqlar üzərindədi. Binaların zaman keçdikcə çokdüyü qeyd edilir. Şəhərin ən gözəl sahəsində yerləşməsinə baxmayaraq, həmin yaşayış kompleksində demək olar ki, mənzillər sahibsizdir.Bu kompleksdən mənzillər alanlar isə sonradan evlərini ya şirkətə qaytarıblar, ya da başqalarına satıblar.

Son aldığımız məlumata görə “Bəy Mamed”in milyonlar sərf edib inşa etdiyi  yaşayış kompleksi tamamilə sökülmək təhlükəsilə üzləşib. 

Azinforum.az olaraq bildirik ki, “Bəy Mamaed”in biznesmen kimi ulduzu 90-cı illərdin əvvəlində parlayıb. Sonra Şərur rayonunda olan şəriklərinin bulaşdığı bir cinayət işinin istintaqı onun baş ağrısına çevrilmiş oldu. Həmin faktın detalları bizə məlum olsa da, təfərrüatlı yazmağa lüzum görmürük.  Yəqin ki, bina tikilişilə bağlı üzləşdiyi uğursuzluq onun növbəti biznes fəalkəti sayıla bilər.

 

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın