Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Şərur və Kəngərlidə gənclər hərbi xidmətə yola salınıblar – FOTOLAR

Şərur və Kəngərlidə gənclər hərbi xidmətə yola salınıblar – FOTOLAR

Şərur və Kəngərli rayonlarında çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salənması münasibətilə tədbirlər keçirilib. 

Azinforum.az “Nuhçıxan”a istinadən xəbər verir ki, Şərur rayonunda keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, mayor Həsən Məmmədov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib.

Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin gücündən və ordumuzun son illər həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan söhbət açıb, gəncləri təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.

Kəngərli rayonunda keçirilən tədbiri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Məftun Xəlilov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gənclərə tövsiyyələrini çatdırıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət etmək şərəfdir. Çünki bu ordu müstəqil Azərbaycan dövlətinin torpaqlarını qoruyur. Biz fəxr edirik ki, ordumuz regionun ən güclü silahlı qüvvələridir.

Çağırışçı Aslan Əhmədov isə ordu sıralarında layiqincə xidmət edəcəyini, döyüş əlaçısı olacağını, lazım gəlsə ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün silaha sarılaraq düşmənə qarşı mübarizə aparacağını bildirib. 

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …