Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / “Səndə nə namus var, nə də ki, qeyrət”

“Səndə nə namus var, nə də ki, qeyrət”

Gündəmdə daha çox müzakirələrə səbəb olan yazyaşlı qızcığazın ögey atası tərəfindən təcavüzə uğraması cəmiyyət tərəfindən böyük qınağa səbəb olub. 


 Xalq artisti Afaq Bəşirqızı Moderator.az-a açıqlamasında 11 yaşlı qızcığazın anasına səslənib:

“Yaşanan hadisə mənə çox pis təsir etdi. Hərçənd deyirəm ki, mühakimə etməyim, amma adamın  ürəyi  partdayır. Mən bu məsələdə  anadan başqa heç kimi günahkar görmürəm. Bir də efirlərə çıxıb ağız dolusu danışan o qohum əqrabalar var ha…. Onlar uşağı elə mühakimə edirlər ki, sanki yad biri haqqında danışırlar.  


Uşağa təcavüz edən alçağı güllələsələr də, tikə-tikə doğrasalar da azdır. O, buna layiqdir. Bəs ana?  Ay “ana” bəs bu 8 aya qədər sənin qızın hamilədir, necə ola bilər ki, sən bunu hiss etməmisən? Axı biz də qadınıq. Uşağın qarnına su gəlib nə deməkdir?  Necə yəni qarnına su gəlib? Sən də bilirsən ki, hamiləlik təkcə qarından bilinmir. Yaxşı, bunun qarnına su gəlib, bəs sən 5 aydan sonra görməmisən ki, bu uşaqda dəyişikliklər baş verir, maraqlanmamısan ki, mənim uşağımın xəsətliyi nədir ki, onun qarnı bu gündədir? Sən maşınların qabağında dayanıb, şəkil çəkdirən qadınsan. Cinsiyyətinə görə sənə qadın deyirəm, ay qız. Sənin üçün namus əyninə geyindiyin dar şalvardır.  Sənin üçün qeyrət içi-çölü görünən koftandır. Səndə nə namus var, nə qeyrət. Bu hadisə çox ağırdır, həddindən ziyadə. Allah bizi bağışlasın”. 

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …