Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəmiyyət / “Sənan, səndən üzr istəyirəm, göz yaşını gizləmə”

“Sənan, səndən üzr istəyirəm, göz yaşını gizləmə”

Xalq artisti Brilliant Dadaşova Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla bağlı paylaşım edib.


Sənətçi şəhid qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunmasıyla bağlı açıqlamasından sonra təkzib videosu yayılan Sənan haqda bunları yazıb:


“Sənan Əhmədov, səndən üzr istəyirəm. Allahdan sənə səbr diləyirəm. Bağışla ki, öz körpə balasını, ciyər parasını zəhərləyib boğan ana ilə bir cəmiyyətdə yaşayırıq. Bağışla ki, 9 yaşlı Nuranəni yandıraraq öldürən, 14 yaşlı Elinanını həyatından bezdirən bəzi insanlarla eyni soyu daşıyırıq. Qorxulu dünyada yaşayırıq. Sən başını uca tut! Göz yaşını gizləmə, heç kəsdən də üzr istəmə”.


Qeyd edək ki, daha əvvəl məsələ ilə bağlı digər məşhurlarımız da paylaşım etmişdilər. 
Baş Prokurorluq isə məlumat yayaraq hadisənin təqsirkarlarının məsuliyyətə cəlb ediləcəyini bildirmişdi.

Həmçinin oxuyun

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir. Bunu AYB sədri, Xalq yazıçısı Anar …