Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Cəmiyyət / Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA – “Bu axmaq hərəkətdir”

Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA – “Bu axmaq hərəkətdir”

Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev ilə əlaqə saxlayıb. O açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib. 

“Bu çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur.”

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

Həmçinin oxuyun

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir – VİDEO

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir.  Şərq memarlıq üslubunda tikilən 142 yaşlı …