Ana səhifə / Cəmiyyət / Səlcuq Bayraqdar hərbçilərimizə sertifikat verdi – FOTOLAR

Səlcuq Bayraqdar hərbçilərimizə sertifikat verdi – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin SİHA təlimi keçmiş heyətinə sertifikatlar verilib.

Pilotsuz uçuş aparatları (PUA) üzrə təlim keçmiş hərbçilərimizə sertifikatları “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar təqdim edib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.

Həmçinin oxuyun

Azərbaycanda qonaq evləri şəbəkəsi yaradılacaq

“Azərbaycanda böyük və kiçik həcmli qonaq evlərinə dəstəklə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.Report xəbər …