Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəmiyyət / Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib

Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb: “Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”. 

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Həmçinin oxuyun

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. …