Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Cəmiyyət / “Şəhriyar erməni Kasparovu rüsvay etdi?” – Millət vəkilindən kəskin etiraz

“Şəhriyar erməni Kasparovu rüsvay etdi?” – Millət vəkilindən kəskin etiraz

“Şəhriyar erməni Kasparovu rüsvay etdi”. “Şəhriyar 7 gedişə ermənini biabır etdi”. Belə xəbər olar? Bu şahmatdır, sabah Şəhriyar bir erməniyə məğlub olsa yazacaqsınız ki, “Şəhriyar Azərbaycanın başını yerə soxdu?”

Bu sözləri millət vəkili Fazil Mustafa Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirində eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişlə qələbə qazanması haqda məlumatların təqdimetməsinə etiraz olaraq bildirib.

Millət vəkili qeyd edib ki, idmançını bu cür süni milli pressinq altında saxlamaq olmaz:

“Bu futbola da, güləşə də – bir sözlə, hər bir sahəyə aiddir. Əlbəttə, uğurdur. Kasparov gəlmiş-keçmiş ən güclü şahmatçılardan biridir. Hansısa oyunda uduzmağı da normaldır. Uzun illərdir aktiv şahmat həyatından çox siyasi fəaliyyəti gözə çarpır. Məsələn, Şəhriyar hansısa siyasi debatda Qarabağ mövzusunda Kasparovu tutarlı arqumentlərlə yerində oturdardısa, o halda belə atəşfəşanlıq anlaşılardı”.

Qeyd edək ki, bir müddət öncə F.Mustafa erməni idmançıya uduzan azərbaycanlını da müdafiə etmiş, onun haqda kəskin rəyləri rədd etmiş və idmandakı kiçik uğurlardan sevinməyin artıq geridə qaldığını, özümüzü İkinci Qarabağ savaşında möhtəşəm zəfər qazanmış Qalib Xalq kimi aparmağımızın vacib olduğunu bildirmişdi. Bakupost.az

Həmçinin oxuyun

Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafon başlayıb – FOTOLAR

Gürcüstanda 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi və Rustavi …