Ana səhifə / Araşdırma / Səhiyyə nazirliyinin işçisi həkimə 26 min dollar pul “atıb”

Səhiyyə nazirliyinin işçisi həkimə 26 min dollar pul “atıb”

Travmatoloq Hidayət Ələsgərov Azerbaycaninfo.az-a Səhiyyə nazirliyinin qaynar xətt şöbəsinin işçisi Abdiyev Daxil Zeynal oğlunun onun başına açdığı müsibətlərdən söhbət açıb.

Şikayətçi Hidayət Ələsgərov bildirir ki, işə düzəlmək adı altında Abdiyev Daxil Zeynal oğlu və nazirliyin digər işçisi Əliyev Akif müxtəlif vaxtlarda külli miqdarda pul alaraq onaqarşı dələduzluq ediblər. Onun sözlərinə görə, 26 min dolları alan Səhiyyə Nazirliyinin işçisi onu nə işlə təmin edib, nə də pulunu qaytarıb.

Şikayətçi bildirir ki, hər dəfə pul alanda pulun nazirlikdə mühüm adamlara çatacağını bildirərək onu aldatmağa müyəssər olmuşdur. İndi işsiz qalan həkim iş axtarır. Baş vermiş qanun pozuntusuyla bağlı Səhiyyə nazirliyinin aidiyyatı qurumları məlumatlandırılmış, amma müsbət nəticə əldə olmamışdır. Dələduz fırıldağına məruz qalan həkim travmatoloq ölkə rəhbərliyindən kömək istəyir.

Həkimin dediyinə görə işlə bağlı döymədiyi qapı qalmayıb. “Təəssüflər olsun ki, mənim kimi Respublikada müalicə yolu ilə sümüyü uzadan ikinci bir həkim kimi az-az tapılar. Ancaq məni nə bir dinləyən, nə də ki, mənə kömək edən var. Ümidim yalnız ölkə prezidenti İlham Əliyevədir”.


Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın