Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Səhiyyə Nazirliyi qarşısında aksiya – VİDEO

Səhiyyə Nazirliyi qarşısında aksiya – VİDEO

Jurnalist Nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edib

Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Demokrat.az xəbər verir ki, A.Elgünəş Səhiyyə Nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edib.

Jurnalist bildirib ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla danışmaq mümkünsüz hala çevrilib: “O, yalnız bir neçə jurnalistlə işləyir, xəbərləri onlara göndərir. İki dəfədən artıq zəng edəndə “blok”a atır”.
 

A.Elgünəş bu aksiyanı mediaya qapalı olan digər qurumların mətbuat xidmətləri ilə bağlı da davam etdirəcəyini vurğulayıb.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …