Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / “Şəhidlərimiz var, amma həm də sevinirik ki, ötən il bizim üçün zəfər ili oldu…”

“Şəhidlərimiz var, amma həm də sevinirik ki, ötən il bizim üçün zəfər ili oldu…”

“Doğrusu, bu gün doğum günü keçirmirəm, evdə ailəmlə oturmuşuq. Həm sərt karantin rejimidir, həm də bildiyiniz kimi Vətən müharibəsində şəhidlər verdik”
Bunu Moderator.az-a açıqlamasında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Ə.Abbasov yeni ildə xalqımıza uğurlar arzulayıb:
“Təbrikiniz üçün çox sağ olun. Doğrusu, bu gün doğum günü keçirmirəm, evdə ailəmlə oturmuşuq. Həm sərt karantin rejimidir, həm də bildiyiniz kimi Vətən müharibəsində şəhidlər verdik. Belə bir vaxtda mənim doğum günümü qeyd etməyim düzgün olmaz. Adam heç bayram keçirmək həvəsində də deyil. Düzdür, bir tərəfdən çox fəxr edirik, xalqımız sevinci hissi keçirir ona görə ki, 2020-ci il bizim üçün zəfər ili oldu. 27 illik Qarabağ həsrətimizə son qoyuldu. Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin Allah canın sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Arzu edirəm ki, yeni il də xalqımız üçün uğurlu olsun. Mən sizin saytı izləyirəm. Hər bir xəbəri doğru şəkildə oxucuya çatdırırsınız. Mən sizləri də təbrik edirəm”.

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …