Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / Şəhid Raquf Orucovun oğlu 3 universitetdən qəbul aldı

Şəhid Raquf Orucovun oğlu 3 universitetdən qəbul aldı

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu 3 universitetdən qəbul alıb.
Bu barədə şəhidin həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında yazıb.
“Arzumuz İstanbul Texniki Universitetində ya da ADA Universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geologiya mühəndisliyi, YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisaslarını qazandı”, – deyə  Sevinc Orucova bildirib.
Qeyd edək ki, “Murov Qartalı” ləqəbli R. Orucov 2016-cı il aprel ayının 2-də, Ermənistanla gedən döyüşlər zamanı şəhid olub. O ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …