Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“ – Video

Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“ – Video

Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin dostuna göndərdiyi son səsli mesajı yayılıb.

Mesaja “Azpromedia” şirkəti tərəfindən video rolik hazırlanıb.

“Azpromedia”nın direktoru Tural Museyibov bildirib ki, şəhid polkovnikin səsini yaşatmaq məqsədilə bu addımı atıblar:

“2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. “Azpromedia” olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də, ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, Cənab Polkovnik!”

Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“  - Video

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …