Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Şəhid generalın xatirəsinə həsr olunan kitab çap edildi

Şəhid generalın xatirəsinə həsr olunan kitab çap edildi

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına şəhid olan General Polad Həşimovun xatirəsinə həsr olunan kitab “Elm – Təhsil” nəşriyyatında dərc olunub.

Bu haqda Qaynarinfo-ya “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, gəmi kapitanı, şair-publisist Faiq Balabəyli məlumat verib.

“Sədri olduğum İctimai Birlik şəhid generalın xatirəsinə yazılan əsərlərdən ibarət bir müsabiqə elan etmişdi. Müsabiqə yekunlaşdı və qaliblər müəyyənləşdi. DSD İB-nin layihəsi olan kitabda mərhum general haqqında yazılan şeirlər, hekayələr, esselər, məqalələr və generalla bağlı müsahibələr yer alıb”, – birlik sədri deyib.

Qeyd edək ki, kitabın tərtibçisi Faiq Balabəyli, redaktoru Hüseyn Sözlüdür.


Kitabda Azərbaycanın tanınmış imza sahiblərindən İbrahim Rüstəmli, Azər Turan, Azad Qaradərəli, Afaq Şıxlı, İlham Tumas, Günel Mehri, Aydın Canıyev, Seymur Şahzadə, Əyyub Qiyas, Ramiz Duyğun, Ülkər Nicatlı, Kəmaləddin Qədim, Ayxan Ayvaz, Nicat Həşimzadə, Tural Balabəyli, Yusif Nəğməkar, Aysel Səfərli, Adilə Nəzər, Xanım İsmayılqızı və digər müəlliflərin əsərləri yer alıb.

Bu yaxınlarda kitabın təqdimatı və müsabiqə qaliblərinin mükafatlandırılması gerçəkləşəcək.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …