Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Şəhid anası məktəb direktoru təyin olundu

Şəhid anası məktəb direktoru təyin olundu

Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub.

Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.Arzu Məmmədova 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhəri 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi başlayıb.

2010-cu ildə tərbiyə işləri üzrə direktor müavini, 2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

A.Məmmədova səmərəli pedaqoji fəaliyyətinə görə bir sıra təltiflərə layiq görülüb. Eyni zamanda inkişafetdirici təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunub.

Qeyd edək ki, şəhid Əlihüseyn Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. Vətən müharibəsində Əlihüseyn Məmmədov Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Vətən müharibəsindəki şücaətinə görə o, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …