Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli oynadı – Video

Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli oynadı – Video

Bu gün keçirilən şəhid ailəsinin toy mərasimində ictimaiyyətin tanınmış simaları iştirak edib.

Belə ki, aparıcı Elgiz Əkbər bu barədə “İnstaqram” hesabında görüntü paylaşıb. Müdafiə Nazirliyinin zabit heyəti, sabiq deputatlar Hadi Rəcəbli, Hüseynbala Mirələmov, tanınmış vəkil Şəfiqə Nağıyeva, teleaparıcı Elgiz Əkbər və digər məşhur simalar bu şad gündə iştirak ediblər. Bəy və gəlin, zala  Azərbaycan Dövlət Himninin sədaları altında daxil olub.

Toyu tanınmış müğənni Manaf Ağayevə idarə edib.

Elgiz Əkbərin qeyd edib ki, bəy atasını itirib və onun hər iki əmisi Qarabağ müharibəsində şəhid olub. Aparıcı toyda iştirak edənlərə xüsusi minnətdarlıq edib: “Səsimizə səs verib toyda iştirak edənlərə, təşəkkür bildiririk”.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Zəngilanda üzərinə bayraq sancılan prokurorluq binası ilə bağlı məlumatlar

Oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad …