Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Cəmiyyət / Şəhidə verilən mükafat və təltiflər kimə çatmalıdır? – ŞƏRH

Şəhidə verilən mükafat və təltiflər kimə çatmalıdır? – ŞƏRH

“Bu, hüquqi deyil, mənəvi problemdir, varislər arasında öz təşəbbüslərilə həll edilə biləcək məsələdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Roman Qaraşov bəzi şəhid ailələrində Vətən müharibəsində həlak olan şəxsə verilən mükafat və təltiflərin valideynə, yoxsa həyat yoldaşı və uşaqlarına çatması məsələsində yaşanan ziddiyyətli məqamlara aydınlıq gətirərkən deyib. 
Onun sözlərinə görə, bu, hüquqi deyil, mənəvi məsələdir: 
“Şəhid ailələrinə dövlət, həmçinin özəl şəkildə təşkilatlar tərəfindən verilən müəyyən məbləğlər var. Təşkilatlar həmin məbləği və yaxud güzəştləri şəhidin istər valideynlərinə, istərsə də həyat yoldaşı və yaxud uşaqlarına verməkdə tam sərbəstdir. Amma dövlətin şəhid ailəsinə verdiyi güzəşt və ya təltifin ailədə kimə verilməsi məsələsində problem var. Mülki qanunvericilikdə vərəsəlik müddəaları var. Burada vərəsəlilik dərəcələri müəyyənləşdirilib. Vəfat etmiş şəxsin varisləri 6 dərəcəyə bölünür”.  

Hüquqşünas deyib ki, vərəsəlik məsələsində şəhidin valideyni, həyat yoldaşı və övladı eyni statusa malikdirlər. Amma bununla belə, qanun sözügedən məsələdə onlardan kimin daha üstün olduğunu tənzimləmir:  “Birinci dərəcəli vərəsəyə şəhidin atası, anası, həyat yoldaşı və uşaqları aiddir. Onlar eyni statusdadır. Qanun şəhidə verilən mükafat və təltiflərin ilkin olaraq həmin bu üç varisdən kimə verəcəyini tənzimləmir. Çünki qanunun bunu tənzimləməsi ailələrin daxili həyatına müdaxilə etmək demək olacaq. Bir sözlə, ailəsi olan şəhidlərə verilən mükafat və təltiflərin hüquqi baxımdan kimə, ata-anaya, yoxsa həyat yoldaşına verilməsi sualının cavabı yoxdur. Çünki onlar bərabər, birinci dərəcəli varislərdir. Deyə bilmərik ki, ata, yoxsa övlad önəmlidir”.  R. Qaraşov bildirib ki, şəhidin varisləri ayrılan pul vəsaitini bölə bilmirlərsə, deməli, bərabər bölünməlidir: 
“Verilən mükafatların isə şəhidin adətən vəfat edənə qədər yaşadığı daimi yaşayış yerində saxlanılması daha doğrudur. Bunu qanunvericilik birbaşa həll etmir, amma mənəvi prinsiplər bunu diktə edir”. 

Həmçinin oxuyun

Makedon Mədəniyyət Nazirliyini sərt TƏNQİD ETDİ: “Mənə qiymət verilmədi”

“Məni niyə kino günündə təbrik edirsiniz? Mənim axı kinoya aidiyyatım yoxdur! Kinoya aidiyyatım olsaydı ən …